nəşr edilmiş:

02.12.23

Balxurmalı pudinq

Lazım olan ərzaqlar:

800 ml süd

100 q xurma

1 ç.q vanilin

1 x.q nişasta

Üzəri üçün: üyüdülmüş qoz

Hazırlanması:

Süd isidilir. Xurmalar xırda doğranılıb ilıq südə əlavə olunur. 2-3 dəq vam odda bişirdikdən sonra blenderdən keçirilir. Nişasta az miqdarda suda həll edilib südlü qarışıma əlavə olunur. Qarışıq qatılaşanadək qarışdırılır və sonra oddan götürülür. Servis olunacaq qablara əlavə olunur və üzəri zövqə görə ləpə ilə bəzədilir.